“Azərbaycanda yağıntılı hava şəraiti bu gün də davam edəcək”.
Bunu Metbuat.az-a açıqlaması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, 13-ü axşamdan başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişikliyi müşahidə olunur:
“Ötən gün ölkə ərazisində hava şəraiti yağıntılı olub, sulu qar və qar yağıb. Ayın 15-də də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yacağı gözlənilir”.