“Report” xəbər verir ki, bu barədə Afinanın AMNA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, iğtişaşlarda rəsmi bəyan olunmuş nümayişçilərə adiyyəti olmayan 300-ə yaxın anarxiyaçı iştirak edib. Əraziyə toplaşanlar polisə daş, mərmər parçası və "Molotov" kokteyli atmağa başlayıblar. Polis nümayişçilərin bu hərəkətinə qarşılıq olaraq gözyaşardıcı qaz və səs qumbarası tətbiq edib.