Keçmiş birinci ledi bikinili halı ilə hər kəsi HEYRƏTƏ SALDI - FOTO

Keçmiş birinci ledi bikinili halı ilə hər kəsi HEYRƏTƏ SALDI - FOTO
09:48 16 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Barak Obamanın həyat yoldaşı Mişel Obama bikinili halda görüntülənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, eks Amerika prezidentinin ailəsi bir çoxları kimi qışı isti kurortlarda keçirməyə üstünlük verir. Mişel Obama böyük qızı Maliya ilə birlikdə Mayamidə dincəlir, Amerika dövlətinin sabiq başçısının kiçik qızı isə dostları ilə Meksika çimərliklərində istirahət edir.

Dünən keçmiş birinci ledi sahildə ağ rəngli bikini və cins şortda gəzərkən görüntülənib. 53 yaşlı Mişel ağappaq geyimdə əsl çimərlik kraliçası görünüb. Onun 19 yaşlı qızı Maliya isə kupalnikin üstündən kapüşonlu köynək geyinib.

Bu şəkillər sosial şəbəkədə maraq doğurub. İnternet istifadəçiləri Mişelin bədən quruluşuna çoxlu təriflər yağdırıb. Yeri gəlmişkən xatırladaq ki, Mişel Obama aktiv, sağlam həyat tərzini və idmanı çox sevir. O, həmçinin yoqa ilə məşhur olur. Bir gün belə idmansız qala bilməyən Mişel səfərlərə gedəndə özü ilə həmişə ip aparır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/227854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR