Vəhşi heyvanların sirk şoularında istifadəsinə qadağa qoyuldu

13:28 10 Yanvar 2015
245 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Məftun Salmanov/

Meksikada vəhşi heyvanların sirk və digər əyləncəli tamaşalarda istifadə edilməsini qadağan edən qanun qüvvəyə minib.

Trend-in şənbə günü xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, söhbət xüsusilə şimpanze, şir, ayı və fillərdən gedir.

Qanunu pozanlar 230 min dollaradək cərimələnəcək.

Qeyd edək ki, bundan əvvəl sirk sahəsində çalışan meksikalı artistlər qadağanın əleyhinə dəfələrlə aksiya keçiriblər. Onlar heyvanlarla kobud davranmadıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2351752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR