“İnsanlar mənə daş atdılar”

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Kərim Abbasov maraqlı açıqlamalar verib.


“2018-ci ilin əvvəli mənim üçün çox gözəl başladı. Gözəl bir klip çəkilişim oldu. Mahnının musiqisi mənə məxsusdur, sözləri isə Nüsrət Kəsəmənlinindir. Mahnı “Həyat yoldaşı” adlanır. Fevralın 14-də şəhər restoranlarından birində mini konsertim təşkil olunacaq. Orda bu vaxta kimi mən nə qədər cütlüyün toyunda oxumuşamsa, o vaxtdan bu günə kimi hələ də xoşbəxt cütlük kimi qalan varsa, həmin insanları konsertimə gözləyirəm. Mən bu klipi onlara həsr edirəm”.

Bu sözləri "ARB Ulduz"un "Virtual həyat" verilişinə açıqlaması zamanı müğənni Kərim Abbasov deyib.

Müğənni daha sonra açıqlamasında onun bostanını daşlayan həmkarından da danışdı:

“2017-ci ildə bir-iki müğənni varıydı ki, onları tanıdım. Bəzi insanlar ünvanıma söz atdılar. Həmin adam meqastardır kimdir, bilmirəm. İndi özü özünə meqastar deyir də. Hə, superstarlar, Ajda Pekkanlar. Ajda Pekkan kimi superstar xəyalı ilə yaşayanlar var ha, özünü o səviyyədə görüb, əslində isə olmayan insanlar mənə daş atdılar”.

Kərim Abbasovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR