Arzu Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib

Arzu Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib
17:22 18 Yanvar 2018
77 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı. 18 yanvar. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov İsmayıllı rayonunda vətəndaşları qəbul edib.
“Report”un Şirvan bürosu xəbər verir ki,  əvvəl Arzu Rəhimov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Daha sonra vətəndaşların qəbulu başlayıb. Qəbulda İsmayıllı, Qobustan, Şamaxı və Ağsu rayonlarının sakinləri iştirak edib. Vətəndaşların müraciətləri əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Eyni zamanda, Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 
Qəbulda ümumilikdə 30-a yaxın vətəndaş iştirak edib.










Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/arzu-rehimov-i-smayillida-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR