Hərbi topoqrafların təlim-metodiki toplantısı keçirilib

Hərbi topoqrafların təlim-metodiki toplantısı keçirilib
18:12 18 Yanvar 2018
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı zabitlərin iştirakı ilə təlim-metodiki toplantı keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib. 
Məlumata görə, toplantıda Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi birinci dərəcəli kapitan Davud Bağırlı 2018-ci ildə qarşıya qoyulan müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.
Toplantı iştirakçılarına mütəxəssis zabitlər tərəfindən Beynəlxalq Hidroqrafiya Təşkilatının (İHO) dəniz təhlükəsizliyindəki rolu, topogeodeziya cihazlarının istifadəsi və kartoqrafiya proqram təminatında raster xəritələrin işə hazırlanması mövzularında məşğələlər keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbi-topoqraflarin-telim-metodiki-toplantisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR