Qatar stansiyasında bomba həyəcanı

İngiltərənin paytaxtı Londonda yerləşən dəmiryol stansiyasında bomba həyəcanı yaşanıb.

Metbuat.az-ın xəbərinə görə, London polisi şübhəli paket səbəbi ilə “King Cross” qatar stansiyasını və ətrafdakı yolları bağlayıb.

“Dail Mail” qəzetinin məlumatına görə, ərazidəki insanlar dərhal təxliyə edilib.

Hadisə yerinə xüsusi xilasetmə briqadaları cəlb olunub.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR