"Sərkisyan yenə forpostbaşı olacaq"

Ermənistanın yeni prezidentinin də soyadı Sərkisyan olacaq. Artıq Serj Sərkisyan bu postu tutmaq üçün ideal saydığı adamın kimliyini açıqlayıb. O, Ermənistanın Böyük Britaniyadakı səfiri Aram Sərkisyandır.

Bu barədə öz Feysbuk profilində yazan millət vəkili Sahib Alıyev daha sonra qeyd edib:

"Ancaq Ermənistanda təkcə dövlət başçısının soyadı dəyişməmiş qalımır, elə o özü də dəyişməyəcək. Yəni Serj Sərkisyanın əsl xələfi Aram Sərkisyan yox, elə Serj Sərkisyandır. Xələfinin Sərkisyan soyadı daşıması bəlkə elə həm də buna eyhamdır. Bununla nə demək istəyirəm. Sadəcə onu bildirim ki, bu Aram Sərkisyan çox qorxaq adamdır. Levon Ter-Petrosyanın dövründə bir neçə ay baş nazir kimi çalışıb. Ancaq o zaman Ermənistanın müdafiə naziri Vazgen Sərkisyan ona azca xox gələn kimi vəzifəsini qoyub getmişdi.
Serjik Aramı məhz bu qorxaqlığına, onunla hakimiyyət davasına çıxmayacağına görə prezident kürsüsünə əyləşdirmək istəyir. Özü isə çox güman ki, baş nazir olacaq. Və artıq prezident yox, baş nazir adı altında forpostbaşlığını davam etdirəcək.
P.S. Bu, az ağılabatandır, amma mümkündür ki, Serjik heç baş nazir də olmasın, parlamentə spikerlik etsin. Ancaq bütün hallarda parlamentdəki səs çoxluğunu əlində saxlayan partiyanın lideri kimi o, de-yure də olmasa, de-fakto forpostbaşılığında qalacaq. Yəni bir daha vurğulayıram ki, bu adamın xələfi elə özüdür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR