20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi - FOTO

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi - FOTO
07:13 20 Yanvar 2018
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın məşhur Luçerna sarayında Bakıda 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.

Səfirlikdən Publika.az-a bildirilib ki, sərgidə sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınların da əks olunduğu fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında məlumat verib. Həmçinin Gürcüstan və Litvanın Çexiyadakı səfirləri sözügedən hadisələrlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış broşürlər, məlumat vərəqələri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/228359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR