ABŞ Senatı müvəqqəti büdcə üzrə səsvermənin yeni vaxtını təyin edib

ABŞ Senatı müvəqqəti büdcə üzrə səsvermənin yeni vaxtını təyin edib
10:32 22 Yanvar 2018
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ ABŞ Senatı üçhəftəlik müvəqqəti büdcə üzrə səsvermənin vaxtının yanvarın 22-si günortaya (Bakı vaxtı ilə 21:00) keçirilməsinə dair qərar qəbul edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Biz hələ irəliyə doğru addım atmaq üçün yol tapmamışıq", - demokratların lideri Çay Şumer bildirib.
Qeyd edək ki, ABŞ-ın federal hakimiyyət orqanları maliyyələşmənin olmamasına görə 2013-ci ildən bəri ilk dəfə fəaliyyətini dayandırıb.
Ağ evdən başverənlərə görə Demokratlar Partiyasının deputatlarının günahkar olduğu bildirilib. Demokratlar isə başverənlərə görə bütün məsuliyyəti ölkə Prezidenti Donald Trampın üzərinə atıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-senati-muveqqeti-budce-uzre-sesvermenin-yeni-vaxtini-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR