Tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırıldı

Tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırıldı
00:14 23 Yanvar 2018
75 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

 

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.

 

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR