"Küçələrə çıxa bilməz"

Son vaxtlar xalqın həssas olduğu matəm günlərində, özəl günlərdə xarici ölkələrdə konsert proqramları ilı çıxış edən azərbaycanlılar sərt tənqid olunur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Türkiyədə yaşayan model, aktrisa Tunay Əliyevə belə hallara qarşı böyük təəssüf hiss keçirdiyini bildirib:

" Ötən həftə portallardan biri Bakının mərkəzində insanlar arasında sorğu keçirirdi 20 Yanvarla bağlı. Cavabları eşidəndə böyük təəccüb və təəssüf hissi keçirdim. Çox üzüldüm ki, gənclər sosial şəbəkələrin bütün sirrlərini bildikləri halda, öz tarixlərini bilmirlər. Qaldı ki, məşhurların önəmli günlərdə konsert verməyinə... Türkiyədə belə bir hal baş versə, həmin məşhur küçələrə çıxa bilməzdi xalqın qınağından. İnsan kimi bəlkə də unuda da bilər. Amma burada vicdan faktoru da önəmlidir. Təhsil belə şeylərdə özünü göstərir."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR