"OPEK+ sövdələşməsi üzrə öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk"

Rəsmi Bakı OPEK-ə üzv olan və üzv olmayan (OPEK+) ölkələrin neft hasilatı həcminin azaldılması üzrə sövdələşməsinin müddətinin 2018-ci ildən sonra da uzadılacağına ümid edir.

Metbuat.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Yaranmış OPEK- OPEK+ formatının davam etdiriləcəyinə ümid edirik. O davam etdirilməlidir. Sövdələşmənin ilin sonunadək uzadılması yaxşı oldu. Lakin mən düşünürəm ki, yenə də uzadılmalıdır”, - deyə prezident vurğulayıb.

Prezident İlham Əliyev rəsmi Bakının neftin qiymətinin stabilləşdirilməsi üzrə OPEK+ sövdələşməsini dəstəklədiyini xatırladaraq, ölkənin neft hasilatı həcminin azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb: “Biz həmişə neft hasilatı həcminin azaldılması üzrə sövdələşməni həmişə dəstəkləmişik və dəstəkləyirik, hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”. / Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR