Azərbaycanlı jurnalist 39 yaşında dünyasını dəyişdi

Azərbaycanlı jurnalist 39 yaşında dünyasını dəyişdi
22:53 23 Yanvar 2018
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

Publika.az APA-ya istinadən xəbər verir ki, yaxınlarının dediyinə görə, N.Məlikov qəfil özünü pis hiss edib və keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bir müddət “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.

Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR