ABŞ, İngiltərə və Almaniya... – Türkiyəyə qarşı ittifaqı ETİRAF ETDİLƏR

ABŞ, İngiltərə və Almaniya... – Türkiyəyə qarşı ittifaqı ETİRAF ETDİLƏR
16:13 24 Yanvar 2018
154 Dünya
Ölkə mətbuatı
A- A+

Onlarla xarici döyüşçü Afrinda Türkiyəyə qarşı döyüşür.

Publika.az xəbər verir ki, bu haqda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Redur Xəlil “Röyters” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ, İngiltərə və Almaniya vətəndaşları PYD-nin sıralarında Türkiyəyə qarşı döyüşlərdə iştirak edir.

İngiltərənin “Tayms” qəzeti isə YPG-nin tərkibindəki İngiltərə vətəndaşlarının Afrinə getməyə çalışdığını yazıb. Nəşrin yazdığına görə, bu, Londonu çətin vəziyyətdə qoyur.

“Təxminən üç ildir YPG-nin sıralarında olan Çin əsilli İngiltərə vətəndaşı Huang Leinin rəhbərlik etdiyi bir qrupu Türkiyəyə qarşı döyüşmək üçün Afrinə yola çıxıb. İngiltərə YPG-ni terror təşkilatı kimi tanımır. Ölkəsinə qayıdan bəzi YPG-lilər saxlanılsa da, prokurorlar onlara qarşı rəsmi ittiham irəli sürməkdə çətinlik çəkirlər. Vətəndaşlarının NATO-dakı müttəfiqi Türkiyə ilə qarşı-qarşıya gəlməsi İngiltərə hökuməti üçün mövcud durumu daha da çətinləşdirə bilər”, - nəşr yazıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR