İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi antiamerika alyansının yaradılmasını təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, general Y.R.Səfəvi təklif edib ki, Rusiyanın iştirakı ilə ABŞ-a və onun regiondakı müttəfiqlərinə qarşı alyans formalaşdırılsın.

İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı rəsmi Vaşinqtonu İranı qorxutmağa cəhd etməkdə günahlandırıb:

"İranın Amerika alyansına müqavimət göstərmək üçün Rusiya, Suriya, Pakistan və İraqın da daxil olduğu regional koalisiya yaratması lazımdır".

Milli.Az