Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ"
bu gün iki yoxlama oyunu keçirəcək.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq
Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış
edən "Şkupi" klubu ilə qarşılaşacaq.
Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa
təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da
start götürəcək.
Qeyd edək ki, “Qarabağ” ilk yoldaşlıq matçında "Kuban"la, digər
görüşdə "Lexiya"ilə heç-heçəyə razılaşmışdı. Təmsilçimiz yanvarın
29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə
"Mladost"la (Monteneqro) üz-üzə gələcək.