Yəmən sahillərində qayıq aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Aden şəhəri yaxınlığında qayığın aşması nəticəsində azı 30 miqrantın öldüyü bildirilir.

Hadisə nəticəsində sağ qalanlar da olub. Onların sözlərinə görə, qayıq yanvarın 23-də Somali və Efiopiyadan olan miqrantlarla çıxıb.

Qayığın aşmasının ilkin səbəbi kimi, həddindən artıq çox sərnişin olması qeyd olunub. Hətta qayıqda artıq sərnişinlərin güllə ilə vurulması kimi fikirlər də səsləndirilib.

Milli.Az