PKK tərəfdarları Berlində Türkiyə səfirliyinin qarşısında Türkiyənin Suriyanın Afrin şəhərində apardığı "Zeytun budağı" əməliyyatına etiraz etmək məqsədi ilə aksiya keçiriblər.
Milli.Az Haberler-ə istinadla xəbər verir ki, aksiyada 300-dən çox PKK tərəfdarı iştirak edib. Onlar PKK bayraqları və pankartlarla "Zeytun budağı" əməliyyatına etiraz ediblər.
Digər tərəfdə isə əllərində Türkiyə bayrağı, Atatürkün və Rəcəb Tayyib Ərdoğanın plakatı olan türklər onlara qarşı çıxıblar.
Tərəflər arasında dava düşüb. Polis davaya müdaxilə edərək hadisənin böyüməsinə mane olub.
Bəxtiyar Umarlı
Milli.Az