Yunanıstanın müdafiə nazirinə Türkiyə adasına yaxınlaşmamaq xəbərdarlığı edilib
Paylaş
147 baxış·1 dəq oxu
Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyənin Hərbi Dəniz Qüvvələri Yunanıstanın müdafiə naziri Panos Kammenosa Türkiyə ilə Yunanıstan arasında yerləşən Kardak adasına yaxınlaşmamaq barədə xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Qeyd edilir ki, hadisə zamanı heç bir gərginlik yaranmayıb. Xəbərdarlıqdan sonra Yunanıstan heyəti Türkiyə ərazi sularını tərk edib.