Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi "Sarayevo" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18.30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Kuban"la 2:2, "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3 hesabı ilə uduzub.

29 yanvar
- Yoxlama oyunu
18:30 "Qarabağ" - "Sarayevo" (Bosniya və Hersoqovina)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində