“"Standard&Poor's" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir ki, növbəti 4 ildə Azərbaycanda ümumi daxili məhsulunun artımı orta hesabla 3,3 faiz olacaq”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, agentlik xarici valyuta ehtiyatlarının artması, büdcənin profisitlə icra olunacağının proqnozlaşdırılması və ölkənin iqtisadi inkişaf göstəricilərində gözlənilən artımı nəzərə alaraq ölkəmizin qısa və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib: “Bir çox ölkələrin, o sıradan böyük qonşularımızın iqtisadiyyatlarının çökdürülməsi yönündə ən müxtəlif addımlar atıldığı indiki qarmaqarışıq vaxtda "Standard&Poor's" kimi beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı bu hesabatı bizim üçün olduqca önəmlidir”.