Qış təlim-məşq toplanışını Antalyada keçirən "Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi "Sarayevo” ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, bu, "Qarabağ"ın 5-ci yoxlama oyunudur. Ağdam təmsilçisi daha əvvəl "Kuban"la (Rusiya) 2:2, "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə isə qolsuz bərabərliyə razılaşıb. Komandaməız Ukrayna təmsilçisi "Mariupol"a isə 2:3 hesabı ilə məğlub olub.
Zümrüd