FHN-dən "Report"a daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının blokunda mərtəbələr arasında 5 m2 sahədə məişət tullantıları yanıb: "Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək".
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev də “Report”a açıqlamasında bildirib ki, bu gün Nizami rayonu, Qara Qarayev prospekti 92 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğına səbəb məişət tullantıları olub. O deyib ki, yanğına səbəb qaz sızması olmayıb: “Hadisə məişət tullantılarının yanması səbəbindən baş verib. Yanğının qaz təsərrüfatına aiddiyyatı yoxdur və hər hansı qaz sızması qeydə alınmayıb”.