Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Sarayevo” klubuyla qarşılaşıb. “Köhlən atlar”ın millinin düşərgəsində olan 11 üzvü bu oyunda iştirak etməyib. Baş məşqçi Qurban Qurbanov da oyun zamanı millinin "sükanı arxasında" olub. Bu üzdən ikinci heyətlə meydana çıxan Ağdam klubu məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, “Sarayevo” ilə matç “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 5-ci oyunu olub. “Köhlən atlar” daha öncə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Mariupol” klublarıyla (2:3) qarşılaşmışdı.
Yoxlama oyunu
29 yanvar
18:30 Qarabağ (Azərbaycan) - Sarayevo (Bosniya və
Herseqovina) 0:2
Qarabağ: Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub
Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Donald Gerrye, Nicat
Süleymanov, Ağabala Ramazanov, Miçel, Pedro Enrike, Dani
Kintana.