Cənubi Koreya müdafiə naziri Sonq-Yonq-moo, Şimali Koreyanı ABŞ ya da Cənubi Koreyaya qarşı nüvə silahı istifadə edəcəyi halda xəritədən silməklə təhdid edib.
Metbuat.az-ın xəbərinə görə, Moo, Sinqapurda təşkil olunan Beynəlxalq Fullerton Təhlükəsizlik forumunda Şimali Koreyanın nüvə silahı istifadəsi ehtimalının boş təhdid olduğunu, həyata keçiriləcəyinə inanmadığını, əks halda Şimali Koreyanın xəritədən silinəcəyini bildirib.
Rəsmi Pxenyanın Koreya yarımdasında birliyi təşkil etmək üçün nüvə silahından istifadəsinin mümkün olub-olmadığına da toxunan Moo, “Rəsmi Pxenyanın yarımadadakı birliyi nüvə silahları hesabına təmin etməsi ziddiyyərli fikirdir” deyib. O, həmçinin Cənubi Koreya lideri Mun Çje İnin yeni strategiyasının insanlıq üçün sülh yaratmağı hədəfləndiyini, ancaq bunun müəyyən vaxt alacağını bildirib.
“Şərqul Əvsət” qəzetinin xəbərinə görə, nazir forumdakı çıxışında, hökümətin nüvə silahını məhdudlaşdırmaq əvəzinə, yox etmək siyasəti yeritdiyini vurğulayıb. Moo, Şimali Koreyanın təhdidlərinə qarşı bütün güclərindən istifadə edəcəklərini deyib:
“Şimali Koreya nüvə silahından istifadə edərsə, Cənubi Koreya bunun intiqamını şiddətli şəkildə alacaqdır.
Aysel Yaqubqızı / Metbuat.az