Azərbaycan Həndbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında həndbol üzrə açıq Bakı birinciliyi keçirilib.

Federasiyadan Publika.az-a bildiriblər ki, 2002-2003-cü il təvəllüdlü oğlanlar arasında “ABU Arena”da təşkil edilən yarışda səkkiz komanda iştirak edib.

Yarışın finalında “Mingəçevir” təmsilçisinə 25:24 hesabı ilə qalib gələn “Nəsimi-1” komandası birinci yerin sahibi olub. Turnirdə üçüncü pilləni “Qazax” kollektivi tutub.

Mükafatçılar federasiyanın diplomları ilə təltif olunublar.