“Lisenziyalar aradan qaldırılandan sonra bəzi dəllallar ortaya çıxıb, guya xidmət göstərir, yalandan tur təşkil edirlər. Son nəticədə Azərbaycanın imici enir, bizlər itiririk”.
Metbuat.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazirin sözlərinə görə, turizm şirkətləri birləşib, normal proqram ortaya qoysa və dünya miqyasına çıxarsa, dəllallar və yalançılar özlərini aciz hiss edərək meydana daxil ola bilməzlər: “Sağlam rəqabət, sağlam əməkdaşlıq, dünya turizm etik kodeksinə, dünya iqtisadi qanunlarına qarşılıqlı hörmətlə yanaşaraq Azərbaycanda güclü turizm sənayesi ortaya qoyulacaq”.
Nazir bildirib ki, Azərbaycan turizm sənayesi yaxşı pul qazanır: “Dəllallıqla məşğul olan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq. Bununla bağlı qanun layihəsi təklif edilib. Mən həmin qanunun səbrsizliklə qüvvəyə minməsini gözləyirəm”.