"İran Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 12-ci iclasının keçirilməsinə hazırdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian deyib.

Nazir qeyd edib ki, iclasın keçirilməsi üçün bütün lazımi işlər görülüb: "Hazırda İran tərəfi Azərbaycanın iclasın keçirilmə vaxtını dəqiqləşdirməsini gözləyir".

Qeyd edək ki, bir müddət əvvəl hökumətlərarası komissiyanın iclasının İranın Astara şəhərində keçirilməsi planlaşdırılsa da, daha sonra iclas təxirə salınmışdı.

Milli.Az