"Report" xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt "Twitter"də yazıb.
"Mettis Ukraynanın müdafiə naziri Stepan Poltorakla hərbi əlaqələri müzakirə ediblər", - deyə o bildirib.
Qeyd edək ki, ötən ilin dekabrında ABŞ və Kanada Ukraynaya bir sıra, o cümlədən letal silahların satışı barədə qərar qəbul ediblər. Pentaqon daha sonra bildirib ki, Ukraynada Amerika hərbi təlimatçılarının sayı və rolu artmayacaq.


