Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "İlin gənc aktrisası” nominasiyasında mükafata teatrın solisti Aydan Həsənova layiq görülüb.
Qeyd edək ki, A.Həsənova karyerası ərzində Ü.Hacıbəylinin “O olmasın, bu olsun”(Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı”(Bikə), V.Ulanovski, V.Orlov “Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında rol ifa edib.
O, 2016-ci ildə Yekatrinburqda keçirilən V.Kuroçkin adına “Gənc Operetta və MusiqiliTeatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-cü ildə isə, Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusimükafata layiq görülüb.