Səlim Babullaoğlu Türkiyə Ədəbiyyat Vəqfinin

Səlim Babullaoğlu Türkiyə Ədəbiyyat Vəqfinin Azərbaycandakı təmsilçisi olub.

Türkiyə Ədəbiyyat Vəqfi mətbuat xidmətinin Metbuat.az-a verdiyi xəbərə görə, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Türkiyə Ədəbiyyat Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub. Türkiyə Ədəbiyyat Vəqfinin başqanı SərhədKabaklının imzaladığı Təmsilçilik diplomunda bu sözlər qeyd olunub: “Türk mədəniyyət, sənət və ədəbiyyat həyatının inkişafı, dərin mədəni irisn gələcəyə ötürülməsi və keçimişdə böyük xidmətlərə imza atmış dəyərli adlarınxatərlamaraq gələcək nəsillərə tanıdılması, qardaş ölkə ədəbiyyatları arasındakı işbilriliklərinin gücləndirilməsi ümidləriylə qurulan Türkiyə Ədəbiyyatı Vəqfinin egidasıyla dəyərli işlərə imza atacağınıza inanır, fəaliyyətinizdə güc və uğur arzu edirik...”

Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bunları deyib: “Türkiyə Ədəbiyyat Vəqfi” Türkiyənin dəyərli və türkdilli arealda bilinən, görkəmli türk yazarı, jurnalisti Əhməd Kabaklı tərəfindən təsis edilmiş qurumlarındandır,“Türk Edebiyyatı” dərgisi ciddibir nəşri 50 ilə yaxın bir vaxtdır hər ay nəşr edir.Mən vəqfin rəhbəri hörmətli SərhədKabaklıya, İmdat Avşar başqa olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə, idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi mən onsuz da xalqların ədəbiyyatlarının yaxınlaşması və mübadiləsi işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim yəqin ki, türk ədəbiyyatları istiqamətində daha dərin və əsaslaı xarakter alacaq...”

Şimali Koreya lideri Kim Çen Indan GÖZLƏNİLMƏZ QƏRAR -Bacısını.../ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR