Müğənni Gülşənlə musiqiçi əri Ozan Çolakoğlu oğulları Azur Benanla birlikdə görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük jurnalistlərin suallarını cavablandırıb. Gülşən ikinci uşaq istəyib-istəməməsi sualına "Azur yeni dünyaya gəlib. İkinci uşaq hələ tezdir" cavabını verib. Tarkanın aranjemançısı olan Ozan isə onunla bağlı gözlənilməz etiraf edib:

"Tarkan da daha ata olmaq istəyir. Tez-tez Azuru görməyə gəlir. Mənə atalıqla bağlı suallar verir. İnşallah, qısa zamanda bu xpşbəxtliyi dadar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində