ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün Konqresdən 716 milyard dollar istəyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə nazirinin müavini Devid Nordkvist bildirib.

Onun sözlərinə görə, Pentaqonun əsas ehtiyacları üçün 617 milyard, Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə, Somalidə və digər ölkələrdə hərbi əməliyyatlara isə 69 milyard dolların ayrılması nəzərdə tutulub.

Döyüş qabiliyyətinin qorunub saxlanılması və nüvə silahlarının müasirləşdirilməsi, digər müdafiə xərclərinə isə 30 milyard dolların ayrılacağı gözlənilir.