"Report" xəbər verir ki, bunu "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeys Kerri Heydər Əliyev Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfransdakı çıxışında deyib. “Formula 1” rəsmisinin sözlərinə görə, rəqəmsal dünyada yarışı insanlara daha yaxşı formada çatdırmalıdırlar: “İnsanlar yarışın həyəcanını hiss etməli, canlı izləməyə can atmalıdırlar".
Ç.Kerri idmanla əyləncəni bir arada təşkil etməyə çalışdıqlarını vurğulayıb: “İdman bir əyləncədir. Biz də şounun olmasını istərdik. Amma hər şey yarış ətrafında qurulur. Əhəmiyyətli olan budur. İnsanlar 2-3 saatlıq deyil, bir həftə üçün gəlirlər. Burada müəyyən tədbirlər də olmalıdır. Bütün işlərimiz yarışa bağlıdır. Bunun üzərinə əlavə əyləncə, yeni enerji qatmaq istəyirik. Kiçik detalları dəyişməklə həyəcanı artırmalyıq. Dəyişikliklərə davam edəcəyik. Yarışa yeni ruh qatmaq istəyirik”.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.