Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov məlumat verib.
Obildirib ki, K. Vəzirovla vida mərasimi sabah saat 11:00-da yaşadığı evdə təşkil olunacaq.
Qeyd edək ki, xalq artisti bu gün müalicə aldığı Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.