“2 insana eşq etiraf etmək istəyirəm”

​​Publika.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova deyib. O, Xalq artisti Faiq Ağayevlə birlikdə ARB TV-nin “Sayqa İlə bu axşam” proqramının qonağı olub.

Müğənni efirdə həmkarı Xalq artistləri Faiq Ağayev və Aygün Kazımovanı sevdiyini bildirib:

“Hissi idarə etmək olmur. Biri də var münasibətlər. Vətəni də, dostumuzu da, övladlarımızı, həyat yoldaşımızı da sevirik. Lakin, bunlarla ayrı-ayrı münasibətdəyik. Bu yaxınlarda müsahibəmdə dedim ki, 2 insana eşq etiraf etmək istəyirəm. Biri Aygün Kazımovadır, biri də Faiq Ağayevdir. Mən Faiq Ağayevi sevirəm. Amma hamı bilir ki, biz Faiqlə dost, yoldaş münasibətindəyik”.