Avropa Liqasında 1/16 final həyəcanı davam etdi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/16 final həyəcanı davam etdi - NƏTİCƏLƏR
03:24 16 Fevral 2018
107 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında 1/16 final həyəcanı davam edib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutub.

 

İddialılardan "Arsenal" "Ostersund"u, "Milan" isə "Ludoqorets"i səfərdə darmadağın edib. Dortmund "Borussiya"sı öz meydanında "Atalanta" ilə üz-üzə gəlib Almanlar çətin qələbə qazanıblar. "Lion" - "Vilyarreal" matçında da meydan sahibləri seviniblər.

 

Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqlı olub. Madridlilər səfərdə qalib gəliblər. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalılarla qrupda keçirdiyi hər iki görüşdə heç-heçəyə (0:0, 1:1) imza atmışdı.

 

Qeyd edək ki, bu mərhələnin bir görüşü fevralın 13-də keçirilib. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) matçı qolsuz bərabərliklə nəticələnib.

 

 

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

 

15 fevral

"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) - 1:3

Qollar: Tomasov, 7 - Fernandez, 47, Martins, 50, Dumbia, 56

 

"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) - 3:2

Qollar: Şürrle, 31, Batçuay, 65, 90+1 - İliçiç, 51, 56

 

"Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) - 0:3

Qollar: Kutron, 45, Rodrigez, 62, Borini, 90+2

 

"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) - 3:0

Qollar: Cermeyn, 4, 69, Tauvin, 74

 

"Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya) - 2:3

Qollar: Balotelli, 4, 28 - Fernandez, 45, 69, 77

 

"Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə) - 0:3

Qollar: Monreal, 13, Uellbek, 24, Məsut, 58

 

"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya) - 2:2

Qollar: Odriozolo, 57, Yanuzay, 80 - Oyarzabal, 27 (avtoqol), Minamino, 90+4

 

"Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya) - 1:3

Qollar: Adriano, 60 - Aduriz, 22, 39, Riko, 45+1

 

AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna) - 1:1

Qollar: Ajdareviç, 80 - Tsiqankov, 19

 

"Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya) - 1:0

Qol: Makqreqor, 78

 

"Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya) - 1:4

Qollar: Fişer, 15 - Nigez, 21, Qameyro, 27, Qrizman, 71, Vitolo, 77

 

"Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) - 1:0

Qol: Qnore, 29

 

"Lion" (Fransa) - "Vilyarreal" (İspaniya) - 3:1

Qollar: Ndombele, 46, Fekir, 49, Depay, 82 - Fornals, 63

 

"Napoli" (İtaliya) - "Leypziq" (Almaniya) - 1:3

Qollar: Ounas, 52 - Verner, 61, 90+3, Bruma, 74

 

"Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya) - 1:1

Qollar: Tavamba, 58 - Reznik, 81


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR