BMT-nin baş katibi Antoniu Quterreş İrana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

O, bildirib: "Baş katib həlak olanların ailələrinə, İran İslam Respublikasının xalqına və hökumətinə səmimi başsağlığı verir".

Qeyd edək ki, ötən gün İranda "Aseman Airlines" aviaşirkətinə məxsus "ATR 72-500" sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyarədə olan 60 sərnişin və 6 heyyət üzvünün hamısı həlak olub.

Milli.Az