"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, keşikçinin xəbərdarlıq atəşinə məhəl qoymayan şəxs hərəkətinə davam edində keşikçi qanun pozucusuna atəş açıb və o, ölüb.
Ştat polisinin "Twitter" hesabında yerləşdirilən rəsmi məlumata görə, gecə yarısı bazaya soxulmağa çalışan naməlum şəxsin ruhi problemlərinin olduğu ehtimal edilir.
Artıq ölən şəxsin kimliyi müəyyənləşdirilib. Onun motivləri hələ məlum deyil.
Rəsmilər məsələnin araşdırılacağını bildirib.