"Son qarışınadək qaytaracağıq

Münhen Təhlükəsizlik Konfransında çıxış edərək göyərçin kimi görsənməyə çalışan Serj Sarkisyan ona keçmişdəki quzğunluğuyla bağlı çoxlu faktların yer aldığı sual yönəldən gənc diplomatımız Sədi Cəfərova yaxanlaşıb azərbaycanca "haralısan" soruşub.

Metbuat.az xəbər verir ki, bu haqda millət vəkili Sahib Alıyev öz "Facebook" profilində paylaşım edib.

Millət vəkilinin paylaşımını təqdim edirik:

"Maraqlıdır ki, bu haqda yazıların hamısında diqqət forpostbaşının azərbaycanca sual verməsinə yönəldilib. Amma diqqət yönəldilməli onun azərbaycanca sual verməsi yox, "haralısan" soruşmasıdır. Əmin ola bilərsiniz ki, Sədi Cəfərov Qarabağdan olduğunu deməsəydi, Sərkisyan susmayacaq, məkrli nəsə söyləyəcəkdi.
Ona görə də sərkisyanların bu qəbildən suallarına özünün və ata-anasının harada doğulub- böyüməsindən asılı olmayaraq hər bir azərbaycanlının verdiyi cavab belə olmalıdır: Qarabağlıyam, Qarabağlayam!
Məhz bu zaman sərkisyanlar da, havadarları da anlayacaqlar ki, biz torpaqlarımızın hay tapdağı altında qalmasıyla barışmırıq, barışmayacağıq, son qarışınadək qaytaracağıq!"

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR