"Qadının çox arıq olmadığı halda da, vücudu ilə milyonların diqqətini çəkə biləcəyini ilk dəfə mən sübut etdim. Baldırları və yambızları ilə diqqət çəkən də mən olmuşam. Yəni bunu Kim Kardaşyan yox, mən etdim".

Milli.Az TMZ-yə istinadən bildirir ki, amerikalı model Koko Ostin İnstagram profilində yeni, yarıçılpaq fotosunu paylaşaraq belə yazıb.

Əsl ad və soyadı Nikol Natali Ostin olan 38 yaşlı model amerikalı reper, "Ays Ti" kimi tanınan 49 yaşlı Treysi Lrren Merrou ilə evlidir. Bu izdivacdan Şanel adlı qız doğulub.

Ays Tinin əvvəlki nikahdan 40 yaşlı Lateyşa və 24 yaşlı Ays adlı övladları var.

Milli.Az