Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatlara daha bir dəstək hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdan gəlib.

Milli.Az bildirir ki, keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Afrin əməliyyatlarında iştirak edən hərbçilərə dəstəyini musiqi ilə bildirib.

Şəmistan Əlizamanlı Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna həsr etdiyi "Ey Əsgər" şeirinə musiqi bəstələyib. Mahnının adını isə "Yürüyün əsgərlər, yürüyün" qoyub.

İfaçının "Yürüyün əsgərlər, yürüyün" mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb. Hətta Türkiyənin bir neçə məşhur telekanalı bu musiqi nümunəsinə aid süjet hazırlayıb.

Şəmistan Əlizamanlı deyir ki, qardaş Türkiyə Ordusuna dəstəyini bununla bitirmək fikri yoxdur. O, Afrində döyüşən əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmək niyyətindədir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şəmistan Əlizamanlıdan Afrin əməliyyatına musiqili dəstək - VİDEOŞəmistan Əlizamanlıdan Afrin əməliyyatına musiqili dəstək