Mübariz Qurbanlı Horadizdə vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Horadizdə vətəndaşları qəbul edib
13:37 20 Fevral 2018
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Horadiz şəhərində Ağcabədi, Ağdam, Füzuli, Laçın və Tərtər rayonlarından olan sakinləri qəbul edib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl M.Qurbanlı və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.
Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
M.Qurbanlı müraciətləri diqqətlə dinləyib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. 



Xəbərin orijinal ünvanı: https://report.az/din/mubariz-qurbanli-horadizde-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR