Bakıda soyğunçuluq etdiyinə görə tutulmuş şəxsin başqa cinayətlərinin də üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, soyğunçuluq etdiyinə görə tutulmuş Nicat Tahirovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin noyabr-dekabr ayları ərzində 1 əcnəbi vətəndaşın içərisində 300 manat, 20 ABŞ dolları və kredit kartları olan pulqabısını, Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.