“İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il öncə Xocalıda yaşanıb”

“Dağlıq Qarabağdakı Xocalı şəhərində uşaq, qadın, yaşlı demədən vəhşicəsinə qətlə yetirilən məsum insanlara Allahdan rəhmət, azərbaycanlı qardaşlarıma başsağlığı və səbr diləyirəm”.

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında deyib.

Ərdoğan bildirib ki, dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır: “İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il öncə Xocalıda yaşanıb. Dünyada hər fürsətdə demokratiyadan, haqq və ədalətdən danışan ölkələrdən Xocalı faciəsinin qatillərinə sanksiya tətbiq edən, hökm verən hansısa bir ölkəni görmüsünüz? Görə bilməzsiniz, çünki onların gözləri, qulaqları və vicdanları əgər müsəlmansa, hələ də türksənsə, görməz, eşitməz və hiss etməzlər. Amma hər kəs unutsa da, biz Xocalı qətliamını unutmayacağıq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı digər bütün insanlıq günahlarını da həmişə xatırlayacaq və xatırladacağıq”.


Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR