G20 sammitinin keçiriləcəyi şəhər müəyyən olundu

G20 sammiti 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı müvafiq qərarı Yaponiya hökuməti qəbul edib. Qərar otellərin sayı və qonaqları qarşılamaq üçün müvafiq infrastruktur nəzərə alınmaqla qəbul olunub.

Sammitin dəqiq keçirilmə tarixi ilə bağlı dəqiq məlumat verilməsə də, G20 zirvə toplantısının iyunun sonu - iyulun əvvəlində keçiriləcəyi istisna olunmur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR