Metbuat.az-a TƏŞƏKKÜRNAMƏ verildi

22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyində tədbir keçirilib.

Metbuat.az bildirir ki, səmərəli əməkdaşlığa və yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ictimaiyyətə peşəkarlıqla dolğun informasiya çatdırdığına görə, Metbuat.az İnformasiya Agentliyinə təşəkkürnamə verilib. Təşəkkürnaməni Metbuat.az saytının baş redaktoru Bahadur Seyidova “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov təqdim edib.

Bildirək ki, 22 fevral - Avtomobil yolları işçilərinin Peşə Bayramı Günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR