Heydər Əliyev Mərkəzində

149 saylı Ağdam köçkün tam orta məktəbi Yasamal rayonu Heydər Əliyev Mərkəzində "Beynəlxalq ana dili" günü münasibəti ilə tədbir keçirilib.

Metbuat.az bildirir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru açaraq bildirib ki, Heydər Əliyev irsini gənc nəslə öyrədilməsində və təlim tərbiyəsində məktəblərin mərkəzlə əməkdaşlıq etməsi təqdirəlayiqdir. Tədbirdə məktəblilər ana dili, vətənə həsr edilmiş şeir və kompozisiyalar söyləyiblər. Tədbirin sonunda məktəbin direktoru Arzu Hüseyn çıxış edərək əməkdaşlığa görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib.

“Şagirdlərdə ana dilinə sevginin artırılması, vətənpərvərlik ruhunun yüksəkdilməsi müəllimlərin ən əsas fəaliyyət istiqaməti olmalıdır” - deyən direktor çıxışınının sonunda hər kəsə tez bir zamanda doğma Qarabağımızda öz doğma dilimizdə zəfər mahnıları yüksəlməsini arzu edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR